Ağsuda ana doğuşdan sonra dünyasını dəyişib

 12:57 22.07.2020     955

İyulun 19-da saat 12 radələrində Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Məxliqə Fərəcovanın müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsi barədə məlumat daxil olub. 

Redaktor.az xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. 

İlkin araşdırmalarla müəyyən edilib ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da vəfat edib. 

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən