Hərarəti olan 3 nəfər imtahana buraxılmayıb

 16:49 23.07.2020     696

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib. 

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 3 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən