Bir sıra şəhər və rayonlarda su olmayacaq

 15:25 28.07.2020     668

Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

 "Azərsu” ASC-dən Redaktor.az-a verilən məlumata görə, gün ərzində Şirvan və  Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin, Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.