Millət vəkili Biləsuvardan yazdı: Vəziyyət acınacaqlıdır

 18:22 29.07.2020     2131

“Digər rayonlarda da su problemi var, lakin Biləsuvarın vəziyyəti fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı heç bir rayonda yoxdur”.

Redaktor.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov sözügedən rayonda yaşanan su qıtlığı ilə bağlı "Facebook" hesabında yazıb.

“Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb.

Bir daha aidiyyatı strukturları məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edirəm.

Bu problem yerli orqanların həll edəcəyi məsələ deyil. Biləsuvara kömək lazımdır!

Bəli, digər rayonlarda su problemi var, Biləsuvarın vəziyyəti fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı heç bir rayonda yoxdur. Qonşu rayonların suyu azalsa da, çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur.

Əgər ölkədə su problemi həll olunacaqsa, məsələyə Biləsuvardan başlamaq lazımdır”, - deyə deputat bildirib.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən