Sentyabrda dərslər hansı formada keçiriləcək? - Ekspert AÇIQLADI

 13:17 30.07.2020     1565

"Müəyyən qaydalara riayət etməklə tədris ili ənənəvi qaydada başlaya bilər"

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, onlayn təhsil özünü doğrultmur:

“Dövlət İmtahan Mərkəzi 10 iyundan müxtəlif növ imtahanlar təşkil edir və indiyə qədər 150 mindən çox şagird imtahanlarda iştirak edib. Amma hələ də onlar arasında yoluxma halları qeydə alınmayıb. Özü də imtahanlar orta məktəb binalarında keçirilir. Şagirdlər də azı 3 saat imtahanda olurlar. İmtahandan əvvəl azı 1 saat növbə gözləyirlər. Deməli, müəyyən qaydalara riayət etməklə tədris ili başlaya bilər.

Əgər onlayn, distant təhsil düşünən varsa, bu çox yanlışdır. Onlayn təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Çünki bu, baş aldatmaqdan başqa bir şey deyil”.

Mahir Xəttab / Redaktor.az