Karantinlə bağlı vacib məqam: Yoluxma arta bilər... - BUNLARA DİQQƏT!

 13:34 30.07.2020     1113

“Xüsusi karantin rejiminin yumşaldılması, ümumilikdə karantin rejiminin və pandemiyanın bitməsi anlamına gəlməməlidir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında psixoloq Vəfa Əkbər xüsusi karantin rejimin yumşaldılması ilə bağlı danışarkən deyib. O bildirib ki, insanlar bu həqiqəti dərk edərsə, yoluxma sayında yenidən artım yaşanmaz:

“Çox təəssüf ki, bəzi insanlar hələ də vəziyyətin ciddiliyini qəbul etmək istəmir. Onlar psixoloji olaraq özlərini virusun yalan olmasına inandırmağa çalışırlar və yumşaldılma olan zaman isə mağazalara, restoranlara axın edirlər.

Əlbəttə, insanlar evdə qalan zaman sıxılır, sarsınti keçirir, əsəb sistemləri pozulur, amma bir dəfəlik bunu anlamaq lazımdır ki, virusa qarşı laqeyd yanaşdığımız hər an COVID-19 daha çox artır".

Görüntünün olası içeriği: 1 kişi, şunu diyen bir yazı 'Vafa akbar / psixoloq'

Psixoloq bildirib ki, insanlar koronavirusun həqiqət olduğuna inansa, virusla mübarizədə uğurlu nəticə əldə etək olar:

“İnsanın mübarizədə qalib gəlməsi üçün inam çox önəmlidir. Əgər karonavirusa qalib gəlmək istəyiriksə, bu inamı formalaşdırmaq lazımdır. Bunu bacarsaq, yumaşdılma prosesi əvvəlki təcrübədən daha uğurlu olar”.

Mahir Xəttab \ Redaktor.az