Nazirlik:Çağrı Mərkəzinə 11 000-dən artıq müraciət olub

 14:13 06.08.2020     876

Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Sevda Məmmədova yeni fəaliyyətə başlamış 814 Çağrı Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. 

Redaktor.az-ın məlumatına görə, o ilk növbədə bu ilin iyul ayından etibarən xidmət göstərən yeni Çağrı Mərkəzinin əsas məqsədləri haqqında danışıb:

“Bakı şəhəri üzrə fəaliyyət göstərən 814 Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönəldir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə  əlaqələrini təmin edir”.  

Bundan sonra Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə dəstək məqsədilə yaradılmış 814 Çağrı Mərkəzinin iş günləri və saatlarını açıqlayıb: 

“Həftənin 6 günü, bazar ertəsindən etibarən şənbə gününədək, səhər saat 8-dən axşam saat 8-dək fəaliyyət göstərir. 814 Çağrı Mərkəzində 40 nəfər operatorun çalışması, iyul ayı ərzində bura daxil olan zənglərin sayı isə 11 000-dən artıq olub”.

O qeyd edib ki,  ağır simptomlu və hərarəti 38-dən yüksək olan xəstələrin 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir:

“814 Çağrı Mərkəzi tərəfindən  polinklinikalarla əlaqə saxlama yolları və evdə müalicə prosesi ilə bağlı şikayətlər qeydə alınır. Çağrı Mərkəzinə daxil olan müraciətlər arasında evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı olur. Bu kimi hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilib, stasionar müalicə almalıdır, çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Beləliklə, ağır simptomlu və yüksək qızdarmalı  COVID-19 xəstələri 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidir. Daxil olan bütün müraciət və şikayətlər Çağrı Mərkəzi tərəfindən qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətin növündən asılı olaraq işçi qrupunun müvafiq üzvü həmin məsələnin həlli ilə məşgul olur”.

S. Məmmədova qeyd edib ki, yalnız sahə həkiminin tərəfindən test etmək zəruriyyəti təsdiq olunduqdan sonra səyyar tibbi xidmət COVID-19 şübhəsi olan vətəndaşın ünvanına test almaq məqsədilə göndərilir. //APA

Vumart və Güvən reklamı Vumart Güvən