Bu şəxslər 190 manatdan məhrum edildi - Səbəb

 12:28 07.08.2020     1036

Əgər şəxs birdəfəlik ödəniş həyata keçirilən ayda vəsaiti hesabından götürməyibsə, ona təkrar ödəniş edilə bilməz.

Redaktor.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib.

"Qaydalar müəyyənləşdirilib. Şəxsin həmin ay gəliri olduğu üçün vəsaitdən istifadə etmədiyinə görə kartı bloklanır", - o bildirib.

Nazir qeyd edib ki, aztəminatlılıq meyarına uyğun gəlib, lakin ehtiyacı olmayan şəxslər müəyyənləşdirilib və onlar birdəfəlik müavinət ödənişindən kənarlaşdırılıb:

"3 min belə şəxs ödəniş siyahısından çıxarılıb. Eyni zamanda əmək müqaviləsi bağlayan 10 min insan bu siyahıdan çıxarılıb".

Bakıdakı İslam Oyunlarının qalibi öldürüldü

 12:36 07.08.2020     1461

İnquşetiyanın Nazran şəhərində anti-terror əməliyyatı zamanı öldürülənlərdən birinin kimliyi bilinib.

Redaktor.az xəbər verir ki, bu, 25 yaşlı Müslim Yevloyevdi.

Yevloyev 2015-ci ildən Qırğızıstanın güləş üzrə yığma komandasının üzvü idi.

O, indiyədək, Bakıda keçirilən İslam Həmrəylik Oyunlarının, “Yaşar Doğu” kubokunun qalibi olub. Yevloyev həm də güləş üzrə Asiya çempionudur. //Lent.az

Vumart və Güvən reklamı Vumart Güvən