Şəhid generalın yaşadığı bina təmir olunur - VİDEO
Tovuzda baş verən döyüşlərdə şəhid olan general Polad Həşimovun bir vaxtlar yaşadığı binanın əsaslı təmirinə başlanılıb.
Redaktor.az xəbər verir ki, hazırda iki növbəli olmaqla, bir neçə briqada bu işə cəlb olunub.
Beş bloklu yaşayış binasının üzlüyü qaşınaraq, suvaq işləri aparılır. Dəmir çərçivələr qurulub, yüksək səviyyədə təmir işləri görülür. Dövlət tərəfindən həyata keçirilən işlər sakinlərin ürəyincədir. //Baku TV












