Xəzərətrafı ərazilərdə təmizlik və abadlıq işləri aparıldı - VİDEO

 10:14 12.08.2020     725

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Sumqayıtda 12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə bağlı aksiya keçirib.

Redaktor.az xəbər verir ki, hər il bu gün münasibətilə nazirliyin təşəbbüsü ilə Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin, nazirliyin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, təmizlik və abadlıq işləri görülür.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. //Baku TV

Vumart və Güvən reklamı Vumart Güvən