Bakının bu rayonlarında gecə sular niyə kəsilir? - AÇIQLAMA

 19:12 14.08.2020     1995

Bir neçə gündür paytaxtın bir neçə rayonunda gecə saatlarında suyun verilməsi dayandırılır.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı anbarlarda ehtiyat toplamaq üçün bəzi yerlərdə gecə saatlarında suyun verilməsini azaltdıqlarını bildirib:

“Bu il Ceyranbatan və Taxtakörpü su anbarlarında, həmçinin Kür çayında suyun azalmasına görə, bəzi ərzilərdə anbar ehtiyatlarını toplamaq üçün gecə saat 00:00-dan 6-ya qədər suyun verilməsini azaltdıq ki, gündüz saatlarında insanları fasiləsiz su ilə təmin edək. Hazırda ötən ilə nisbətən mənbələrdən təxminən 1 kubmetr az su götürürük və buna görə də belə qənaət rejimindən istifadə edirik”.  

Mahir Xəttab \ Redaktor.az