Bu il 7 mindən çox boşanma qeydə alınıb

 21:16 14.08.2020     778

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı məlum olub.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2020-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 841 nikah və 7 107 boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,6, boşanmaların sayı isə 1,4 olub.