Mərdəkan sakinlərinə ŞAD XƏBƏR! - Sabahdan...

 12:30 16.08.2020     1240

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən daha biri, M10 ekspres xətti 17.08.2020 -ci il tarixindən fəaliyyətə başlayır. M10 xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsində, köhnə dəmiryolu stansiyası adlanan ərazidə təşkil olunan dayanacaq məntəqəsindən hərəkət edəcək. Ərazidə müvafiq nişanlanma işləri aparılıb.

BNA-dan Redaktor.az-a verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.

M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13.000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 10 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M10 ekspres xətti üzrə avtobusların hərəkət sxemi Mərdəkan qəsəbəsi - "Nəriman Nərimanov" metro stansiyası istiqaməti müəyyən edilib.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M10 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.

M9 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə istifadəyə veriləcək.

Gizli fəaliyyət göstərən kafe aşkarlandı - FOTO

 12:40 16.08.2020     2270

Sumqayıt şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

Redaktor.az-ın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd  zamanı 9-cu mikrorayonda yerləşən "Röyal" kafesində müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın icarədarı 1986-cı il təvəllüdlü Zeynalov Emin Nazim oğlu və daha 28 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı inzibati qaydada həbs edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Onların hər biri isə 200 manat məbləğində cərimələnib.

2222
Vumart və Güvən reklamı Vumart Güvən