Azərbaycanlılar ən çox nə yeyir? - SİYAHI

 12:38 17.08.2020     664

Azərbaycanda 2019-cu ildə ərzaq məhsullarının adambaşına düşən istehlakı açıqlanıb.

Redaktor.az-ın rəsmi statistik cədvəllərə əsasən məlumatına görə, ölkə üzrə süd və süd məhsulları adambaşına istehlak səviyyəsinə görə ilk yerdə qərarlaşır.

2019-cu ildə adambaşına düşən süd və süd məhsullarının istehlakının həcmi 267.9 kiloqram təşkil edib.

Çörək və çörək məhsullarının adambaşına istehlakı isə 135.2 kiloqram olub.

Azərbaycan əhalisinin qida rasionunda tərəvəz və bostan bitkilərinin xüsusi çəkisi var. Ötən il tərəvəz və bostan bitkilərinin adambaşına istehlak həcmi 108.6 kiloqram təşkil edib.

Kartof 73.2 kiloqram, ət və ət məhsulları 33.8 kiloqram, balıq və balıq məhsulları 7.3 kiloqram olub.

Ölkə əhalisi yumurtadan da çox istifadə edir. Statistikaya əsasən, Azərbaycanda 2019-cu il ərzində adambaşına 160 ədəd yumurta istehlak edilib. //Oxu.az