Balakəndə “ASAN xidmət” fəaliyyətə başladı - FOTO

 13:44 17.08.2020     1362

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Redaktor.az-ın məlumatına görə, Balakən “ASAN xidmət” mərkəzi  Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşa xidmət göstərəcək.

Qeyd edək ki, hazırda ölkədə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə yerləşir.

Xatırladaq ki, bu ilin 29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. 

Prezident İlham Əliyevin 31 iyul 2020-ci il tarixində  Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb. //APA

22222