DYP-dən texniki baxışla bağlı sürücülərə MÜRACİƏT

 10:33 19.08.2020     636

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin hüquqi və fiziki şəxslərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Redaktor.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış və ya qanunvericiliklə nəzərdə tutulmuş texniki baxış müddəti bitmiş avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırılır ki, Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

Sürücülüərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır.