Avqust ayı üzrə 190 manat nə vaxt veriləcək?

 11:05 19.08.2020     714

"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunan şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşlara ödəniş yaxın vaxtlarda ediləcək".

Redaktor.az bildirir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi Əsmər Nəcməddinqızı bildirib.

Vəsait iyul ayı üzrə birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək. //Qazeta.az