Azərbaycan əhalisinin sayı açıqlandı - 28 min nəfər artım var...

 13:35 20.08.2020     1076

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 28 min 786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 95 min 894 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.