Bu stansiyalarda ödəmə terminalları qoyuldu - DİQQƏT!

 22:28 20.08.2020     1191

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sabahdan etibarən metronun “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Redaktor.az xəbər verir ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

"Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir", - deyə "Bakı Metropoliteni" QSC-dən bildirilib.