Azərbaycanın paytaxtı dəyişir? - AÇIQLAMA

 12:47 21.08.2020     1078

Zaman-zaman müzakirə olunan məslələrdən biri də paytaxın Bakıdan digər böyük şəhərlərə köçürülməsidir. Pandemiyadan sonra bu məsələ yenidən müzakirə oluna bilərmi?

Redaktor.az xəbər verir ki, bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu məsələyə baxıla bilər:

"Bununla bağlı məsələnin sosial şəbəkələrdə də müzakirə olunduğunun şahidi olmuşam. Qeyd edim ki, bu məsələ hazırki dövrdə heç də asan deyil. Biz müharibə şəraitində yaşayırıq. Düzdür, keçmişdə belə bir təcrübə olub. Postsovet məkanında paytaxt Almatı şəhərindən Astanaya köçürülüb. Onlarda mümahribə olmadığına görə bunu asanlıqla ediblər. Bizdə isə bu məsələyə hərtərəfli baxılmalı və müzakirə olunmalıdır. Müharibə başa çatmayana qədər hər hansı bir addımlar atılsa, ciddi problemlərə səbəb olar". //Sonxeber.az