ƏƏSMN işəgörtürənlərə müraciət edib

 15:02 21.08.2020     931

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni peşə və kvalifikasiya standartlarının hazırlanması prosesi davam etdirilir. Bu prosesdə beynəlxalq və yerli mütəxəssislərlə yanaşı, işəgötürənlərin iştirakına da xüsusi önəm verilir. 

ƏƏSMN-dən Redaktor.az-a verilən məlumata görə, peşə standartları işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Həmin standartlar  əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Nazirlik ölkəmizin ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatların, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərin, fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərə aid filial və nümayəndəliklərin nəzərinə çatdırır ki, peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı öz təkliflərini verə bilərlər.  

Vumart və Güvən reklamı Vumart Güvən