ŞAD XƏBƏR: Rayonlara gediş-gəliş bərpa edilir - AÇIQLAMA

 14:25 24.08.2020     16875

Nazirlər Kabineti Yanında Operativ Qərargahın ötən brifiqində Prezidentin köməkçisi Şahmar Mövsümov avqustun 24-dən rayonlara gediş-gəlişin bərpasının müzakirə olunduğunu bildirib.

Bəs, mövcud şəraitdə rayonlara gediş-gəlişin bərpası necə qiymətləndirilir?

Millət vəkili Razi Nurullayev bağlı Redaktor.az-a bildirib ki, rayonlara gediş-gəliş bərpa olunmalıdır:

“Hər zaman karantin rejimin yumşaldılmasından yanayam. Artıq demək olar ki, virusla necə davranacağımızı, onunla birgə yaşamağı, virusu kontrolda saxlamağı öyrənmişik. Son zamanlarda qərarlarda yumuşalmalara şahid oluruq. Amma düşünürəm ki, bu, kifayət deyil. Artıq yollar açılmalı, rayonlara gediş-gəliş bərpa olunmalıdır”.

Deputat qeyd edib ki, insanların psixoloji durumu çox ağırdır, hər kəs gərginlik içindədir:

“Qərar veriləndə, bu da nəzərə almalıdır. Fikrimcə, hazırkı durumda rayonlara rahat gedib-gəlmək təhlükə kəsb etmir. Məsələn, Böyük Britaniyada virusla bağlı durum bizdən çox ağırdır, amma orada artıq məktəblər açılıb.

Düşünürəm ki, yəqin yaxın günlərdə bizdə də rayonlarla bağlı qadağa aradan qalxacaq”.

“Digər tərəfdən dövlətin qərarlarını da anlayışla qarşılamaq lazımdır. Onlar üçün də önəmli olan insanların sağlamlığıdır” -deyə millət vəkili əlavə edib.

Nuranə Daxilqızı / Redaktor.az

Azərbaycanda sabiq icra başçısı həbs edildi - FOTO

 14:13 24.08.2020     16134

Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Məharət Mustafa oğlu Mustafayev həbs olunub.

Redaktor.az-ın məlumatına görə, o, bu gün Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 314-2.1-ci (ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddələri ilə ittiham elan edilib.

İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE

 13:12 24.08.2020     16582

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Elmir Məmməd oğlu Bağırovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Elmir Məmməd oğlu Bağırov 03.04.1980-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirib.

1997-ci ildə 495 bal toplayaraq ən yüksək balla Bakı Dövlət Universitetinin sosial elmlər fakultəsinin politologiya ixtisasına daxıl olub. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakultəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olub. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirib. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru” elmi adı alıb. 2004- cü ildən Heydər Əliyev Fondun "azerbaijan.az” layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Himanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlib.

2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışıb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın "siyasi idarəetmə və politologiya” kafedrasında müəllim və 2012-ci ildən "beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında baş müəllim vəzifələrində çalışıb. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olmuş, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunub.

Evlidir, 2 övladı var.

Bakıda gənc oğlanı döyüb, bu hala saldılar - ANBAAN VİDEO

 14:03 24.08.2020     17881

Ötən gecə Bakının Nəsimi rayonunda 20-25 yaşlarında gəncə naməlum şəxs və ya şəxslər xəsarət yetirərək qaçıb. 

Redaktor.az xəbər verir ki, hadisə "3-cü mikrorayon bazarı"nın yaxınlığında baş verib. 

Redaksiyamıza göndərilən video görüntülərdə gənc oğlanın qanlar içində yerə uzandığı görünür.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videodan izləyin: