Azərbaycanda "kontur" tələsi - FOTO

 17:08 24.08.2020     2417

Son günlər bəzi vətəndaşların mobil nömrələrinə 10 manat vəsait yüklənilir. Bir qədər sonra pul yüklənən şəxsə zəng gələrək ona bu vəsaitin səhv göndrildiyi deyilir və həmin 10 manatı geri istəyirlər.

Redaktor.az-ın məlumatına görə, normalda bu tip mesajların rəsmi Azərcell, Bakcell, Nar Mobile yaxud digər online balans yükləmə sistemlərindən gəldiyi üçün, insanlar müəllifin kim olduğuna diqqət etmirlər və nəticədə həmin pulu geri qaytaranlar olur. Ancaq bir qədər sonra müəllifə diqqət edən şəxs görür ki, ona mesaj rəsmi yerdən deyil, sadə bir mobil nörədən göndərilib. Bu halda o aldadılmış olur.

Mesajın məzmunu isə belədir: "Hörmətli Abonent! 050-***-**-** nömrəli abonent sizin balansınıza 10 AZN yükləmişdir".

Bu cür yol ilə aldadılmış şəxslərdən biri də Zarina Ələkbərova adlı xanımdır ki, o bu barədə hüquq mühafizə orqanlarına da müraciət edib. Xanımın sözlərinə görə, həmin şəxs smsdən dərhal sonra ona zəng edərək pulu geri istəyib. O, hətta balansın 20 manat olduğunu da belə söyləsə də, xanım sms-də 10 azn olduğunu deyib. //Trend.az

 

Peşə təhsili alan şəxslərə ŞAD XƏBƏR!

 17:40 24.08.2020     2098

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” dəyişiklik edilib.

Redaktor.az-ın məlumatına görə, dəyişikliyə əsasən, peşə təhsili müsəssiələrində oxuyan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar yardım veriləcək. Beləki həmin şəxslər təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək.

Digər bir dəyişikliklə, həmin təhsil müəssisələrini bitirmiş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən