Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR!

 17:21 24.08.2020     2522

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bu barədə Redaktor.az-a DSMF-dən bildirilib.

Qeyd edək, xüsusi karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar bu vəsaitlərini istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

DSMF-dən o da əlavə edilib ki, yaxın günlərdə avqust ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.