Nazirlikdən odun tədarükü ilə bağlı AÇIQLAMA

 17:10 25.08.2020     398

Odun tədarükü nazirliyin meşələrin inkişafı mərkəzi tərəfindən həyata keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, bu prosedur xaotik həyata keçirilmir:

“Bu istiqamətdə sahələr, həmin sahələrdəki ağaclar qiymətləndirilir. Xüsusilə bioloji həyatını başa vurmaq üzrə olan ağaclar müəyyənləşdirilir və odun tədarükü üçün hazırlanır. Qaz təchizatı ilə bağlı problemlərin qısa zamanda həll olunacağına ümid edirik. Lakin bu müddət ərzində qeyd etdiyim şəkildə odun tədarükündən yararlanmaq olar”.

H.Əlizadə bu istiqamətdə qayda pozuntusu ilə bağlı faktlarla rastlaşan şəxslərin məsələ barədə Nazirliyə məlumat verməsini rica edib:

“Qeyd edilən prosedurdan kənar odun tədarükü ilə bağlı faktlarla rastlaşan şəxslər dəlilləri nazirliyə təqdim etsinlər. Bu istiqamətdə mütləq şəkildə araşdırma aparılacaq və ictimaiyyətə məlumat veriləcək”.