Toy və yas mərasimləri ilə bağlı YENİ QAYDA? - 30 qonaq, 1 müğənni...

 15:52 26.08.2020     4777

Bütün idman yarışlarını bərpa etmək lazımdır. Artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır.

Redaktor.az xəbər verir ki,bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib:

“Əməl edənlər etsinlər, etməyənlər də özləri əziyyətini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni, bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.

Mahir Xəttab / Redaktor.az

Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO

 16:41 26.08.2020     4505

Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.

Redaktor.az təxribatçı erməni komandirin video-açıqlamasını təqdim edir: