Karantinla bağlı ÇOX VACİB XƏBƏR - Operativ Qərargahın qərarı...?

 11:10 27.08.2020     2907

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək təyin edilib.

Müddətin başa çatmasına 4 gün qalıb. Bir çox ekspertlər, millət vəkilləri karantin rejiminin ləğv olunmasını, karantin qaydalarına nəzarətin artırılmasını təklif edirlər.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən professor Adil Qeybulla karantin rejiminin uzadılmasının artıq effektiv olmayacağını bildirib:

“Operativ Qərargahın karantinlə bağlı hələlik qərarı məlum deyil. Artıq karantin rejiminin uzatmağın mənası yoxdur. Əksinə yumşaldılma daha da genişlənməli, qapalı məkanların da açılmasını həyata keçirmək lazımdır. Amma əlbəttə ki, karantin davranışlarına əməl etmək və buna nəzarəti artırmaq şərti ilə. Çünki bu virusla mübarizədə əsas şərt karantin davranışlarına əməl olunmasıdır. Əgər insanlar buna əməl edərsə, o zaman virusla yaşamaq o qədər də çətin olmayacaq”.

Mahir Xəttab \ Redaktor.az 

Rusiyada yüksək rütbəli zabit həbs edildi - Dövlətə xəyanət

 10:55 27.08.2020     3872

Rusiya ordusunun yüksək rütbəlizabiti həbs edilib.

Redaktor.az xəbər verir ki, o, Strateji Raket Qüvvələrinin məxfi məlumatlarını Ukraynaya ötürməkdə günahlandırılır. 

Federal Təhlükəsizlik Xidməti sözügedən zabitin uzun müddətdir Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini açıqlayıb. 

Faktla bağlı “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanıb.

Sevda Əliyeva / Redaktor.az

 

Azərbaycanın bu şəhərində yoluxma kəskin artdı - TƏBİB

 10:44 27.08.2020     4381

Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Bu məqsədlə, Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu qüsurların aradan qaldırılması məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb:

"Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək. //Sfera.az