Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

 17:36 28.08.2020     1120

Sabah səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.

 

Vumart və Güvən reklamı Vumart Güvən