Bakıda iş saatı dəyişdirilə bilər... - Kimlər işə çıxacaq? / YENİ QAYDALAR...

 11:57 31.08.2020     10540

“Metro açılmalıdır. Azərbaycan həkimlərinin də dediyi kimi, biz artıq total karantin rejimindən lokala keçid etməliyik. Lakin bunun üçün ilkin növbədə insanlar fərdi qaydada virusa qarşı təhlükəsizliyini təmin etməlidir”.

Bunu Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, metronun bağlanması və marşurutlardakı sıxlıqla insanların virusa yoluxma riski daha çoxdur:

“Biz gün bu gün metroları bağlayıb, marşurut avtobuslarını ağzına qədər doldurmaqla karantin rejiminə əməl etmiş oluruqmu? Təbii ki, yox! Bu gün ictimai nəqliyyatda sosial məsafə nəninki 1-2 metrdir, hətta 0-dır. Loru dildə desək, hazırda marşurutda insanlar brun-buruna olurlar. Metronu mütləq açmaq lazımdır. Lakin hər kəs fərdi qaydada maska və tibbi spirtdən istifadə etməklə, sosial məsafəni qorumaqla virusa qarşı təhlükəsizliyini təmin etməlidir. Bu gün metronun bağlı olması şəhərin bütün küçələrində tıxaca da səbəb olur".

Ekspertin sözlərinə görə, əgər Bakı metrosunda havalandırma güclü olsaydı, bu vəziyyətdə onun bağlanmasına da ehtiyac qalmazdı:

“Lakin artıq bu havalandırma sistemini qurmaq mümkün deyil, külli miqdarda vəsait tələb olunur. Havalandırma sistemi olmasa da, metronun daxili sirkuliyasiyasında dəyişiklik etməklə havalandırmanı tətbiq etmək olar. Bundan əlavə, metronun girişində nəzarət və təbliğat-təşviqat ciddi şəkildə gücləndirilməlidir. Girişdə ayaqları xüsusi dezinfeksiyaedən xalçalardan istifadə etmək olar. Bu vasitə baha deyil. Lakin həmin xalçaları da tez-tez dəyişmək, təmizləmək lazımdır. Metro və ictimai nəqliyyata axının qarşısını maksimum dərəcədə azaltmaq üçün, birinci növbədə Nazirlər Kaninetinin iş yerlərinə 50% əməkdaşın gəlməsi qərarına dövlət və özəl müəssisələri əməl etməlidir. Bundan əlavə, iş saatlarını da dəyişdirmək lazımdır. Məsələn; işə gediş saatını 8-dən 10-a qədər, çıxış vaxtını isə 4-7-yə qədər təyin etmək olar. Bu halda nə metro, nə də ictimai nəqliyyatda sıxlıq yaşanmış olar”.

Nuranə Daxilqızı / Redaktor.az

"Vasmoy" bazarı bağlanır - SƏBƏBİ İSƏ...

 12:42 31.08.2020     4894

Ölkənin ən məşhur bazarlarından biri olan "8-ci kilometr bazarı" bağlanır.

Redaktor.az xəbər verir ki, dünən bazardaki sahibkarlara bu barədə xəbərdarlıq edilib.
Bazarın bağlanma səbəbi pandemiya olduğu bildirilir. Sahibkarlar qərara etirazlarını bildiriblər. Bazarda bir çox iş yeri və giriş bu gündən etibarən bağlanıb. //Baxar.az