Milli Məclisdə məsələ qaldırılıb - Ticarət mərkəzləri açıla bilər

Bildiyimiz kimi, ölkəmizdə karanti rejimi sentyabrın 30-na qədər uzadıldı. Lakin karantin qaydalarında xeyli yumuşalmaların şahidi olduq. Lakin iri ticarət mərkəzlərinin açılmaması ciddi müzakirələrə səbəb oldu.
Bəs, xüsusi sxem və qaydalar əsasında iri ticarət mərkəzlərinin açılması gözlənilirmi?
Millət vəkili Vahid Əhmədov Redaktor.az-a bildirib ki, bununla bağlı Milli Məclisdə məsələ qaldırılıb:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən birifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev də ticarət mərkəzlərinin açılması barədə müzakirələrin aparıldığını qeyd etdi. Hesab edirəm ki, artıq karantin qaydalarında kifayət qədər yumuşalmalar olmalıdır. Düzdür, sentyabrın 1-dən xeyli qaydalarda yumuşalmalar olacaq”.
V. Əhmədov qeyd edib ki, hazırki şəraitdə ən vacib məsələlərdən biri bu, digəri isə rayonlara gediş-gəlişin bərpası məsələsidir:
“Artıq tədris prossesində də yumuşalmalar edildi. Düşünürəm ki, məktəb formaları və digər ləvazimatların alınması üçün ticarət mərkəzlərini açmaq lazımdır. Marketlərin girişində qurulan mexanizmi, ticarət mərkəzi və digər sahələrdə də tətbiq etmək olar. Bununla yanaşı, insanlar da fərdi qaydada öz təhlükəsizliyini təmin etməlidir”
Nuranə Daxilqızı / Redaktor.az