Məktəb direktoru "BakuBus"da sürücü işləyir? - AÇIQLAMA

 13:22 31.08.2020     1061

"Sosial şəbəkələrdə Saatlı rayonun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir".

Redaktor.az xəbər verir ki, bu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, “BakuBus MMC”-də bu adda sürücü çalışmır:

“Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə, o, bunu sadəcə paylaşım xatirinə edib.

Qeyd edək ki, “BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasına həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlər cəlb olunur. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir”, - deyə M. Ağayev bildirib.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, şunu diyen bir yazı 'Elnur Rzayev 184. Sabah mazuniyyatim bitir.... mazuniyyat vaxtından istifada edib alava qazanc alda etmak üçün başladığım işa bu gündan son qoydum.... 31 avqust bir gün istirahat edim... 01 sentyabrdan işdayik.... BNA'

Mahir Xəttab \ Redaktor.az