"Gizlin toy və ya yas mərasimi keçirmək istəsəniz..." - AZƏR BADAMOV

“Prezident İlham Əliyev avqustun 31-də növbəti modul xəstəxanasının online açılışında bir daha xatırlatdı ki, hər bir şəxs qanun qarşısında bərabərdir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O qeyd edib ki, bundan sonra da qanunu pozanlara qarşı dövlətin mövqeyi dəyişməz olaraq qalacaq:
“Karantin rejimini pozan şəxslərə qarşı tətbiq olunmuş cəza tədbirləri bir daha ölkə başçısının dediyi sözlərin ictimai satausundan asıllı olmayaraq hamıya aid olunduğunu göstərdi. Karantin rejiminə ciddi nəzarət tədbirləri müsbət nəticələrə imkan verib. Bu gün hamı bilir ki, kimsə karantinin tələblərini pozarsa ciddi cəzalanacaq. Artıq insanlarımız pandemiya dövrün tələblərinə uyğun yaşamağa öyrəşirlər. Qapalı məkanlarda demək olar ki, hamı tibbi maskadan istifadə edir. Kütləvi toy və yas mərasimlərin keçirilməsi qadağan olunub. Kimsə gizlin toy və ya yas mərasimi keçirmək fikrinə düşərsə, onun və mərasim iştirakçılarının cəzalandırılacağını düşünməlidir”, - deyə A.badamov bildirib.
Mahir Xəttab \ Redaktor.az