Azərbaycanda koronavirus testləri pulsuz olacaq - MİLLƏT VƏKİLİ

“Azərbaycanda COVID-19 testləri pulsuz keçirilməlidir”.
Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.
Onun sözlərinə görə, test ucuz qiymətə və ya ümumiyyətlə pulsuz olsa idi, bu gün rayonlara da gedilş-gəliş asanlıqla bərpa oluunardı:
“Bildiyimiz kimi, Azərbaycanda virusa görə edilən testlərin qiyməti olduqca bahadır. Mən bu məsələ haqda Milli Məclisdəki çıxışım zamanı da danışmışam. Xarici ölkələrə gedənlər necə test verib, nəticəni öyrəndikdən sonra gedə bilirsə, bu qaydanı rayonlara gediş-gəliş üçün də tətbiq etmək olar. Lakin təklif baş tutsa belə, "sarı zona"lara gediş-gəliş qadağası qüvvədə qalmalıdır”.
Nuranə Daxilqızı / Redaktor.az