Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdü kəsilib? - AÇIQLAMA

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü kəsilib".
Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Redaktor.az-a bildirib ki, erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyi və ona pensiya ödənişi dayandırılmayıb:
“Firuzə Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib. Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. Firuzə Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir.
“Əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək, əyani müayinə nəticəsində aradan qaldırılır”, - deyə Fazil Talıbov qeyd edib.
Nuranə Daxilqızı / Redaktor.az