Bakıda sərnişindaşıma ilə bağlı yeniliklər olacaq – BNA

“Bakı şəhərində sərnişin tələbatı son vaxtlar artıb. Avqustun 24-də rekord sayda, təxminən 1 milyon 800 yüz mindən çox səfər sayı qeydə alınıb”.
Bu sözləri Redaktor.az saytına açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, həftənin 3-cü günü 2260-dan çox avtobus sərnişindaşımalara cəlb olunub:
“Artan sərnişin tələbatının azaltmaq üçün BNA tərəfindən tədbirlər görülür və bu tədbirlər sırasına avtobus sayının artırılması da daxildir. Ötən həfətnin 1, 2-ci günləri də yenə rekord sayda avtobus xəttə çıxarılıb. 2260-dan çox avtobus sərnişindaşımalara cəlb olunub”.
Məsələnin həlli istiqamətində görülən tədbirlərdən danışan M. Ağayev, xüsusi hərkət zolaqlarının önəmini vurğulayıb:
“Sərnişindaşımaların daha səmərəli təşkili üçün avtobusların sayının artırılması, eyni zamanda avtobusların hərəkətinə mane olar hallar aradan qaldırılır. Bu sırada dayanma, durma və parklanma qaydalarına riayət olunma ilə bağlı nəzarət tədbirləri gücləndirilib. Eyni zamanda avtobusların rahat, maneəsiz hərəkətinə imkan verən xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı işlər daha da intensivləşdirilib və hazırda bu istiqamədə müvafiq qurumlarla iş aparılır.
Sərnişindaşımanın səmərəli təşkili üçün mütləq şəkildə xüsusi hərkət zolaqlarının təşkilinə nail olmalıyıq. Yalnız bu halda avtobuslar rahat, manəsiz şəkildə hərəkət edə biləcəklər. İnsanların avtobusda səyyahət müddəti azalacaq, dövrülük artacaq. Bütün sərnişindaşımaların təşkili baxımından çox əlverişli bir hala gələcək”.
Lalə Cəfərli / Redaktor.az
