Ağsuda tarixi Qazan xan arxı bərpa olunur - VİDEO

Ağsuda yay aylarında sussuzluqdan əziyyət çəkən ərazilərin suvarılması üçün tarixi Qazan xan arxı bərp olunur.
Redaktor.az xəbər verir ki, kanalın bərpa olunması ilə bağlı Prezident İlham Əliyev sərancam imzalayıb.
Genişmiqyaslı və mühüm layihənin icrasına ötən ilin oktyabrından başlanılıb. İşlərin yüksək səviyyədə həyata keçirilməsi üçün dövlət büdcəsindən 3,3 milyon manat vəsait ayrılıb.
Tikinti işlərinə 20 adda müxtəlif təyinatlı texnika, 50-yə yaxın işçi qüvvəsi cəlb olunub.
Daha ətraflı video-sujetdən izləyin: