Məktəblər virusdan necə qorunacaq? - BUNLARA DİQQƏT!

 13:42 04.09.2020     3116

Bildiyimiz kimi, sentyabrın 15-dən ibtidadi siniflər dərslərə başlayacaq. Bu il ibtidai siniflərdə 650 min şagird təhsil alacaq.

Maraqlıdır, məktəblərdə müəllim və şagirdlərin virusa qarşı təhlükəsizliyi necə təmin olunmalıdır?

Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a bildirib ki, pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün cox vacib və əhəmiyyətlidir: 

"Təhsil ocaqlarında sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydaları əvvəlki dövrlə müqayisədə daha fərqli olmlıdır. Birincisi, bütün məktəblərdə şagird və müəllimlər üçün ayrıca mətbəx, ərzaq anbarı olmalıdır. Çünki hazırda 37 faiz müəllimin yaşının pandemiya dövründə risk qrupuna aid olduğunu nəzərə alsaq, onların eyni məkanlardan istifadəsi yolverilməzdir. Məktəb binansnın həyətindəki oyun konstruksiyaları, istirahət guşələri də uşaqların istifadəsinə daha çox ayrılmlı və yaşlı müəllimlərin bu tipli yerlərə giri məhdudlaşmalıdır. Hər sinifin ayrıca soyunub-geyinmə (hər uşaq üçün ayrı qarderob) məkanı olmlıdır. Bu zaman xüsusi ilə idman dərslərində dərslərin ara məsafəsi olmalı, bir sinifin müvafiq dərsinin ardınca növbəti sinifin dərsi başlamamlıdır. Hər dərsdən sonra soyunub-geyinmə otaqları dezinfeksiya edilməli, havalandırılmalıdır. Aşağı sinif şagirdləri yuxarı sinif şagirdlərinin istifadə etdiyi soyunub-geyinmə otağından istifdə etməməlidir. Qarderob məsələsində xüsusi ilə diqqətli olmaq lazımdır. Çünki yoluxmuş birinin geyiminə toxunma ola bilər”.

Ekspert qeyd edib ki, məktəblərdə tibb otağında həkim və tibb bacıları tərəfindən şagirdlərin vaxtaşırı müayinəsi və peyvəndlənməsi işi aparılmalı, təkcə şagirdlər məktəbə daxil olanda yox, hətta tənəffüs vaxtları belə istilikləri ölçülməlidir: 

"Bundan başqa, metodiki kabinet, valideyn və iş otaqları da təlim və tərbiyə proseslərində valideyn-müəllim-uşaqmünasibətlərinin pandemiya dövrünün tələblərinə hərtərəfli uyğun qurulmasına diqqət yetirmək lazımdır. Məktəbin inzibati ərazisinə imkan vermək olmaz. Vacib bir məqamı qeyd edim ki, pandemiya dövründə məktəbdə, tədbirlər və şənliklər zalında isə əlamətdar günlərin qeyd olunmasına ümumiyyətlə icazə vermək olmaz”.

Nuranə Daxilqızı / Redaktor.az