DİQQƏT: Ölkəyə 900 yeni taksi gətiriləcək - AÇIQLAMA

 13:52 04.09.2020     3724

“Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən açıqlanan vahid taksi trafikinin müəyyənləşdirilməsi ilə bağlı konsepsiyaya ictimai reaksiya onu göstərir ki, əslində faktiki olaraq bu, tərəflərin maraqlarına uyğun deyil”.

Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

O qeyd edib ki, 2018-ci ildə Azərbaycanda yeni qərarların qəbul edilməsi zamanı sosial-iqtisadi effektlər ilə bağlı müəyyən yol xəritəsi üzərində işlər apaılır:

“Hər hansı bir qərar qəbul edilirsə, bu zaman onun sosial-iqtisadi təsirlərinin test edilməsinə ehtiyac var. BNA tərəfindən açıqlanan bu konsepsiyaya ictimai reaksiya onu göstərir ki, əslində faktiki olaraq bu, tərəflərin maraqlarına uyğun deyil. Azalan tələb fonunda dövlətin özü də taksi xidmətləri sahəsində payını artırmağa çalışır. Bildiyimiz kimi, ölkəmizə 100 taksi gətirilib və 900-nün də gətirilməsi nəzərdə tutulur”.

Ekspertin sözlərinə görə, hazırda Bakıda cəmi 1500 fərqlənmə nişanı ilə taksi fəaliyyəti göstərən subyekt var:

“Onlardan 1000-i yeni dövlət xidməti ilə əvəzlənsə, bu o deməkdir ki, bazarda azalan tələb fonunda fərdi sahibkiarların fəaliyyət göstərməsi üçün imkan olmayacaq. Onlar bunu qısa müddətli dövr üçün cəlbedici görsələr belə, uzunmüddətli dövrdə uduzacaqlar. İctimaiyyətin də narazılığını da nəzərə alsaq, bu konsepsiyanın tətbiq olunmaması üçün kifayət qədər ciddi əsaslar vardır”.

Nuranə Daxilqızı / Redaktor.az