Nazirlik: Aliment ödəməkdən tamamilə yayınan atalar var

 12:04 04.09.2020     135

Bu ilin 6 ayında məhkəmələrdə alimentlə bağlı 88 mindən artıq iş olub.

Redaktor.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib. Onun sözlərinə görə, daxil olan işlərin böyük əksəriyyəti həll edilib:

“Təəssüf ki, borclu şəxslər könüllü şəkildə alimenti ödəmək istəmirlər. Biz tövsiyə edirik ki, atalar öz atalıq borclarını yerinə yetrisinlər. Doğrudur, aliment ödəyən analar da var. Amma alimentin ödənilməməsilə bağlı əsas problemlər atalarla bağldır. Ata unutmamalıdır ki, övladı üçün ayrılan vəsaiti ödəmək vəzifəsi var. Bunu hansısa icra məmuru ona xatırlatmamalıdır. Nəzərə almalıdır ki, barəsində inzibati tədbir görülə bilər, hətta 1 ayadək azadlığı məhdudlaşdırıla bilər”.

F.Əfəndiyevin sözlərinə görə, işlərin 70 faizində aliment müntəzəm şəkildə ödənilir:

“Amma bunlar da məcburi ödəmələrdir. Könüllü ödəmələr cəmi 1 faizdir. İşlərin 15 faizi 3-5 aylıq gecikmələrlə müşahidə edilir. Aliment ödəməkdən tamamilə yayınanlar da var”.