“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ - Bloklana bilərsiniz

 09:53 10.09.2020     485

“WhatsApp” istifadəçiləri naməlum şəxslərdən gələn mesajlara baxdıqları üçün tətbiqin fəaliyyətində problemlə üzləşiblər.

Redaktor.az xəbər verir ki, bu barədə “WABetainfo” portalı yazıb.

Belə ki, hakerlərin hazırladıqları mesaj şəklində olan spamlara baxan istifadəçilərdə “WhatsApp”ın fəaliyətini bilməyərəkdən dayandırmış olurlar.

Bu problemi həll etmək üçün isə tətbiqi silib yenidən yazmaq lazım olur.

Məlum problemi yaşamamaq üçün istifadəçilərin tanımadıqları şəxslərdən göndərilən mesajları açmaması tövsiyə olunur.

Həmçinin tətbiqdə kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə olunmasına qadağa qoymaq funksiyasını də işə salmaq lazımdır.

Vumart və Güvən reklamı Vumart Güvən