Bakı metrosu gələn həftə açılır? - "Rəsmi qərarı gözləyirik..."

Sosial şəbəkələrdə gələn həftədən etibarən Bakı metrosunun fəaliyyətini bərpa edəcəyi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metronun fəaliyyətinin bərpa olunacağı tarixin bəlli olmadığını bildirilib:
“Elə məsələlər var ki, onları təlimat qaydaları, texniki-istismar tələblərinə dair normativ sənədlər müəyyən edir. Bu işlərin hamısı bir yerdə icra olunanda metronun sərnişindaşımaya hazırlığı təmin edilir. İşə başlamaq, yaxud mövcud vəziyyətin davam etməsi ilə bağlı normativ sənədlərə uyğun daxili əmr və tapşırıqlar üçün bizə rəsmi qərar lazım olur. Operativ Qərargahın brifinqlərindən sonra rəsmi qərarın açıqlanmasını gözləyirik. Amma hazırda hansısa tapşırıq və ya qərar yoxdur”.
Mahir Xəttab \ Redaktor.az