"Sədərək" Ticarət Mərkəzi nə zaman işləyəcək? - AÇIQLANDI...
Koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran iri ticarət mərkəzlərinin açılıb-açılmaması son günlər hamını maraqlandıran məsələlərdəndir.
“Sədərək” Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədimi Redaktor.az-a bildirib ki, hələ bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan onlara heç bir məlumat daxil olmayıb:
“Nazirlər Kabinetinin ətbuat katibindən soruşurlar, deyir ki, məlumatsızdır. Deməli, qərar veriləndə hamını məlumatlandıracaqlar. Mənim fikrimcə, Operativ Qərargah vəziyyəti nəzərə alıb belə qərar verib. Yəni, “Sədərək” Ticarət Mərkəzinin açılmaması da doğru yanaşmadır”.
Nuranə Daxilqızı / Redaktor.az