"Azərsu"dan cavab: Suyun keyfiyyətinə zəmanət veririk - VİDEO

 12:05 17.09.2020     1882

“Bu gün Bakıda və ümumilikdə Azərbaycanda insanlara verilən içməli su qüvvədə olan tam standartlara uyğundur. “Azərsu”ASC mütamadi olaraq suların keyfiyyətinə nəzarət edir. Həm bizim emal müəssisələrində olan laboratoriyalarda, həm mərkəzi, həm də 9 regional laboratoriyalarımızdan istifdə edərək, daim suyun keyfiyyətini nəzarətdə saxlayırıq”.

Bu sözləri Redaktor.az-a açıqlamasında “Azərsu” ASC Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı suyun keyfiyyətinin aşağı olması ilə bağlı iddialara cavab verərkən deyib. O, Bakı şəhərində evlərə verilən suyun keyfiyyət göstəricisi və parametirləri ilə bağlı heç bir problem olmadığını bildirib:

“İstər suyun fiziki-kimiyəvi, istərsə də bakteroloji göstəriciləri hamısı standarlara uyğundur. Onu da qeyd edim ki, suyun keyfiyyətinə “Azərsu” ilə yanaşı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edir. Yəni, “Azərsu” keyfiyyətsiz suyu insanlara versə belə, həmin qurum dövlət nəzarətini icra etdiyi üçün buna yol verməz”.

A. Cəbrayıllı bir neçə il əvvəlin göstəriciləri ilə bugünkü göstəriciləri müqayisə edib:

“Əgər biz 2011-ci ildə 360 nöqtədən su analizi götürüb keyfiyyət parametirlərinə nəzarət edirdiksə, artıq 2020-ci ilin əvvəllərində bu nöqtələrin sayı 5280-nə çatdırılıb ki, bu da təxminən 15 dəfədən çox artım edir. Numunə sayı 5690 idisə, bu gün bu rəqəm 101 minə çatdırılıb. Analizlərin 11 min 400 idisə, 2019-cu ildə 399 min ədəd təşkil edib.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, “Azərsu” ASC-nın insanlara verdiyi suyun keyfiyyəti tam standartlara uyğundur”.

Qeyd edək ki, Redaktor.az saytının Bakı sakinləri arasında keçirdiyi sorğuda iştirak edən insanların bir çoxu suyun keyfiyyətindən narazı olduğunu bildirib.

Sözügedən sorğunu təqdim edirik:

Mahir Xəttab \ Redaktor.az