Gələn aydan hansı ərzaq məhsulları bahalaşacaq? - AÇIQLAMA

 15:52 17.09.2020     1528

“Azərbaycanın qeyri-ərzaq məhsullarının idxalından fərqli olaraq, ərzaq məhsullarının idxalından aslılığı aşağı səviyyədədir. Ölkədə kifayət qədər yerli məhsula rast gəlmək olar. Lakin yerli istehsalın komponentləri ölkəyə idxal nəticəsində daxil olur. Söhbət sadəcə xammaldan getmir, bunlar arasında emal sənayesində istifadə edilən qatqıların, əlavələrin hamısı xaricdən idxal edilir. Hazırda dünya bazarlarında ərzaq qiymətlərində artım var. Bu artım Azərbaycandakı ərzaq məhsullarının qiymətinə kəskin təsir etməyəcək”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bilidirib. Onun sözlərinə görə, manatın məzənnəsinin sabit qalması, ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasının qarşısını alır:

“Bəzi ölkələrdə milli valyutanın ucuzlaşması və devalivasiyanın baş verməsi kimi amillər Azərbaycanın idxalını ucuzlaşdırır. Bu baxımından manatın məzənnəsinin sabit qalması idxal olunan ərzaq mallarının bahalaşmasının qarşısını alır. Məhsulun qiyməti onun idxaldan aslılıq səviyyəsinə bağlıdır. Məsələn, məhsulun idxaldan aslılıq səviyyəsi yüksəkdirsə, bu, onun qiymətinə də təsir edəcək. Əgər məhsulun idxaldan aslılıq səviyyəsi  aşağıdırsa, qiymətində elə də ciddi dəyişiklik olmayacaq.

Ekspert həmçinin bildirib ki, pandemiya dövrü ərzaq məhsullarına tələbatı artırıb:

“Hazırki pandemiya dövründə əhalinin gəlirlərinin azalması ərzaq məhsullarına olan tələbin də azalmasına səbəb ola bilər. Qış aylarında da ərzaq məhsullarının qiymətinin artması qaçınılmzadır.

Bu, birincisi mövsümi amilərlə bağlıdır. İkincisi isə, pandemiya səbəbi ilə bəzi məhsulların idxalında yaranan çətinliklə. Bu problemler də özlüyündə ərzaq məhsullarının qiymətində artım dinamikasının müşahidə ediləcəyini göstərir. Hər bir halda, ötən illə müqayisə etsək, ümumilikdə bu il yaz, payız və qış aylarında ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunacaq.

Zöhrə Pənah / Redaktor.az