Qızları intim görüntüləri ilə ölümə sürükləyənlər... - ŞANTAJ, İNTİHAR...

 17:02 21.09.2020     1806

Son zamanlar azyaşlı qızların intihar xəbərləri ilə tez-tez rastlaşırıq. Bəs görəsən, belə hallar niyə baş verir? Əsasən hansı ailələrin övladları intihara daha çox meyilli olur? Ümumiyyətlə, bu intiharlar nədən qaynaqlanır?

Psixoloq Vəfa Rəşidova Redaktor.az-a açıqlamasında bütün bu suallara aydınlıq gətirib. O, intiharların ailə mühitindən və məlumatsızlıqdan qaynaqlandığını bildirib:

“Sual oluna bilər ki, niyə intihar ailə mühitindən qaynaqlanır? Çünki valideyn övladını vaxtında bəzi məsələlər haqda xəbərdar etmir. Halbuki, biz bütün məsələləri övladlarımıza başa salmalıyıq.Uşaqlarımız üçün zərərli nə varsa, hamısı haqqında onları məlumatlandırmalıyıq. Bəzi hallarda elə olur ki, onlar analiz edə bilməyib, müəyyən təhlükəli qrupların əhatəsinə düşürlər. Bilmədən zərərli insanlarla dostluq edirlər, yaxşını pisdən ayıra bilmirlər. Bunların hamısı ailədə ünsiyyətin azlığından xəbər verir.

Bir sözlə, çox hallarda azyaşlı qızlarımız özlərinə qarşı ailə dəstəyini hiss etmədikdə, belə hallar daha da çoxalır.”

Psixoloq Vəfa Rəşidova son zamanlar azyaşlı qızların intim videolarla şantaj edilməsindən də danışıb:

“Azyaşlı qızlarımızn hər hansı qeyri-etik videosu yayılan zaman, biz ilk olaraq görüntüsü yayılan qızın üzərinə düşürük, onu tənqid edirik.Videonu paylaşan şəxs isə kənarda qalır. Ona heç nə deyilmir. O da danışmalıdır, onun haqqında da insanlar öz fikirlərini bildirməlidir. Sadəcə xanımın üzərinə düşərək, onu ölümə sürükləyirik”.

Zöhrə Pənah \ Redaktor.az