İşğal altındakı ərazilərdə son sutkada yoluxma SAYI

 12:52 22.09.2020     2099

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 379 nəfərə çatıb.

Redaktor.az-ın xəbərə görə, Dağlıq Qarabağda son sutkada 12 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 325 nəfər sağalıb, 52 nəfərin müalicəsi davam edir. 3 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti isə orta ağırdır. 92 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.