Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

 12:20 23.09.2020     947

Ötən il noyabrın 1-dən, yəni övladlığa götürmə səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən gündən indiyə qədər 20 uşaq övladığa verilib. 

Redaktor.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, həmin uşaqlardan 13-ü oğlan, 7-si qızdır. Həmin uşaqlardan 4-ü ögey ana-ata tərəfindən, 12-si yaxın qohumun övladlığa götürməsi ərizəsi ilə olan müraciət əsasında övladlığa götürülüb. Bir uşaq valideynlər arasında razılıq əsasında, 3 müraciət isə müəssisədən övladlığa götürülüb.