Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

 18:15 05.10.2020     843

Azərbaycanda bu il əcnəbilərlə nikaha girən ölkə vətəndaşlarının sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, bu ilin 8 ayında qeydiyyat şöbələrində Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 800 nikah dövlət qeydiyyatına alınıb.

Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna və Qazaxıstan vətəndaşları ilə nikahın qeydə alınması üstünlük təşkil edir.

Vumart və Güvən reklamı Vumart Güvən