Şirvanda içməli sudan qəribə qoxu gəlir - "AZƏRSU" səbəbini açıqladı...
Son günlər Şirvan sakinləri sudan gələn qəribə qoxudan şikayət edirlər.
Məsələ ilə bağlı Redaktor.az-a müsahibə verən "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, məsələ tam nəzarət altındadır.
“Bildiyimiz kimi, Şirvana gələn suyun mənbəyi Kür çayıdır. Son vaxtlarda Kürdə müşahidə olunan suyun səviyyəsini azalması ilə bağlı suyun qoxusunda da fərqlilik var. Amma suyun kimyəvi tərkibində heç bir problem yoxdur, olduğu kimidir. Kür çayında su azaldığına görə, çayın dərinliyindəki lilin tamı, qoxusu gələ bilər. Suyun səviyyəsi artdığı zaman bu problem aradan qalxacaq.
Vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, məsələ tam nəzarət altındadır. Bir daha qeyd edək ki, suyun kimyəvi tərkibi tam qaydasındadır və bu məsələ daim nəzarətdə saxlanılır”.

Şəfəq Samed \ Redaktor.az












