Erməni vəhşiliyi: Gələcəyimizə böyük zərbə vururlar - PSİXOLOQ RƏYİ
Ermənistan atəşkəsi pozaraq mülki əhalini hədəf almağa davam edir. Raketlərin düşdüyü ərazilərdə ölən və yaralananlar arsında uşaqların olması bir daha göstərir ki, qarşı tərəf öz cinayətkar əməllərinə davam edir.
Tanınmış psixoloq Vəfa Rəşidova Redaktor.az-a bildirib ki, baş verənlər hər bir uşaq üçün unudulmaz travmadır:
“Bir uşağın aldığı müharibə travması onun həyatının növbəti dönəmində başqa bir şəkildə problem olaraq geri dönəcək. Bu hadisə onun ömründə ciddi bir iz qoymuş olur. Bir insan uşaq yaşında müharibə, döyüş görürsə, belə hadisələrin içərisində olursa, birmənalı şəkildə düşüncələrində, həyata baxış tərzində fərqliliklər olur. Daha çox itirmə qorxusu, travmatik stress, depressiya olaraq özünü biruzə verir və nisbətən ağır formaları müşahidə olunur.
Müharibədə iştirak edən, yaxud qaçqın düşən insanlarla söhbətimdə bələd oluram ki, müəyyən yaşa gəlib çatsalar belə, qorxuları həyat tərzlərinə təsir edir. Eyni zamanda psixoloji ziyandan yaranan fiziki ziyanlar da özünü biruzə verir. Bunu müharibəni görməyən insan başa düşə bilməz.
Müharibə dövründə ən ciddi zərbəni uşaqlar alır. Çünki orta yaşlı bir insanda psixoloji immunitet daha güclü olur. Buna görə də hər hansı bir müharibə travmasını atlatmaq qismən asan olur”.
Şəfəq Samed \Redaktor.az












